Qətərin paytaxtında keçirilən “Doha Forumu” çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın xarici işlər nazirinin müavini Əminə Cabbarla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə ukraynalı rəsmi tviterdə yazıb.

“Türkiyəyə Ukrayna ilə sarsılmaz həmrəyliyinə, Rusiya təcavüzünə son qoyulması istiqamətində əməli siyasi və humanitar dəstəyə, həmçinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmaq məsələsini nəzərdən keçirməyə hazır olduğuna görə təşəkkür etdim”, - Ə.Cabbar vurğulayıb.