Rusiya Luqansk vilayətinin Lisiçanskini “Toçka-U” raketi ilə vurub, Severodonetskdə bir neçə ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının (OVA) rəhbəri Serhiy Qaydai öz Telegram kanalında məlumat verib.

"Atışma nəticəsində Lisiçanskda evdə yanğın baş verib, şaxtada elektrik enerjisi kəsilib, orada fəhlələr yerin altında qalıb. Rusiya Federasiyası şəhəri “Toçka-U” və “Qrad” raketləri ilə vurub. Severodonetskdə çətin vəziyyət. Burada daha bir ərzaq anbarı, iki yaşayış və bir neçə bağ evi yanır, təcili tibbi yardım stansiyasının qarajları yanır, eyni ərazidə bir qadın xəsarət alıb”, - deyə o, açıqlamasında bildirib.