Finlandiyanın "VR Transpoint" dəmir yolu şirkəti (yükdaşımalar üzrə dövlət dəmir yolu operatoru VR-nin törəmə müəssisəsi-red.) martın 27-dən etibarən Rusiyadan qatarların qəbulunu dayandırır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "VR Transpoint"in prezidenti Martti Koskinen məlumat yayıb.  O, "Rusiya Dəmir Yollarına qarşı sanksiyalara görə, şərqə (Rusiyaya doğru-red) hərəkətə davam etmək hələ mümkün deyil. "VR Group" Qərbin tətbiq etdiyi sanksiyalara əməl etməyə borcludur", - deyə ifadə edib.