"Mançester Yunayted"in yarımmüdafiəçisi Tahis Çonq silahlı soyğuna məruz qalıb.

"Unikal" "The Sun" nəşrinə istinadən xəbər verir ki, hazırda icarə əsasında "Birmingem"də oynayan Tahitin evinə yanvarın 16-da 3 silahlı soyğunçu girib. Onlar yatmış futbolçunun boğazına bıçaq dirəyərək bahalı saatları və qızıl-ziynət əşyalarını tələb ediblər.

Polis baş verən hadisənin iştirakçılarının kimliyini hələ də müəyyənləşdirə bilməyib.

Qeyd edək ki, bu il  "Mançester Yunayted" və "Mançester Siti"də çıxış edən daha 4 futbolçu soyğuna məruz qalıb.