Azərbaycanın sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.    

"Unikal" xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda macarıstanlı Vladislav Baytsayevlə qarşılaşıb.    

İlk dəqiqələrdən təşəbbüsü ələ alan Məhəmmədov rəqibinə 11:5 hesabı ilə qalib gələrək, Avropa çempionu olub.     Qeyd edək ki, bu gün final qarşılaşmasına çıxan Azərbaycanın digər 3 sərbəst güləşçisi - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) isə gümüş medalla kifayətləniblər.