Misir milli komandası DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilməyib. 

"Unikal" xəbər verir ki, Seneqala qarşı səfərdəki "pley-off"un cavab matçında ərəblər penaltilər seriyasında uduzublar - 1:3. (Cavab görüşü 0:1, ilk matç 1:0).

Qeyd edək ki, təkrar qarşılaşmada seneqallı azarkeşlərin rəqib oyunçulara lazerlə təzyiq etməsi narazılığa səbəb olub. Xüsusən bu hal penaltilər seriyası zamanı daha da artıb. 

Seneqallılar Misirin ilk penaltisini vurmağa hazırlaşan Salaha da lazerlə hücum ediblər. Bu psixoloji təzyiq ona gətirib çıxarıb ki, “Liverpul”un hücumçusunun vurduğu zərbə dəqiq olmayıb.

Ötən ilin sentyabrında Misir millisinin baş məşqçisi vəzifəsinə təyin edilən portuqaliyalı Karluş Keyroş matçdan sonra istefa verdiyini açıqlayıb.

Misir Futbol Federasiyası isə görüşdən sonra yaydığı açıqlamada lazerli hücumla bağlı şikayət etməsə də, Məhəmməd Salahın irqçi şüarlarla üzləşdiyini bəyan edib. Həmçinin oyundan öncə bəzi seneqallı azarkeşlərin Misir millisinin avtobusuna hücum etdiyi, oyun zamanı meydana yad əşyalar atıldığı bildirilib. / Qol.az