PSV-nin baş məşqçisi postuna Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 46 yaşlı mütəxəssislə Eyndhoven təmsilçisi arasında 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Eks-hücumçu cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasında Roger Şmitdi əvəzləyəcək.

Qeyd edək ki, Nistelroy 2016-cı ildən PSV-də çalışır. O, həmçinin Niderland yığmasında baş məşqçinin köməkçisi olub. Futbolçu karyerası ərzində hücumçu PSV, “Mançester Yunayted”, “Real Madrid” kimi klublarda çıxış edib.