Beynəlxalq Futbol Federasiyasının (FIFA) hazırkı prezidenti, isveçrəli Canni İnfantino 2023-cü ildə təşkilatın rəhbəri seçilmək üçün namizədliyini irəli sürəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, C.İnfantino bu barədə FİFA konqresində bildirib. Seçki təqvimiminə əsasən, seçki dövrü 2022-ci il martın 31-də başlayacaq. Müraciət üçün son tarix konqresə dörd ay qalmış, qəbul edilmiş namizədlər üçün bildiriş müddəti isə konqresə bir ay qalmış başa çatacaq.

Qeyd edək ki, Canni İnfantino təşkilata 2016-cı ildən rəhbərlik edir. Bundan əvvəl o, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) baş katibi vəzifəsində çalışıb.