Azərbaycanın Qarabağ bölgəsi qlobal səviyyədə minalarla ən çox çirklənən ərazilər arasındadır.

"Unikal" xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. Onun sözlərinə görə, bu regionun minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir:

"2030-cu ilə qədər milli prioritetlər sırasında Qarabağın yenidən qurulması var və bunun üçün bu torpaqlar minalardan təmizlənməlidir. İndiyə qədər 23 min hektar təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib. Aşkar olunanlardan 10 mini tank əleyhinə, 19 mini piyada əleyhinə mina olub, həmçinin 26 min partlamamış silah-sursat aşkarlanıb”.