Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin ənənəvi “Təmiz aləm bayramı” (Tsinmin) qeyd olunub.

"Unikal" xəbər verir verir  ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov baharın gəlişini və həlak olmuş qəhrəmanların xatirəsini simvolizə edən bayramın tarixi haqqında danışıb.

Konfutsi İnstitutunun əməkdaşi Nigar Bədəlbəyli  “Tsinmin” xalq ənənəsi, ifa və rəqsləri, idman yarışları, ilanvari kağız uçurtmalarının müşayiəti altında şəhərkənarı gəzintilər və yazda  sahə işlərinin aparılması barədə məlumat verib. Çıxış edənlər bu bayramın çinlilər üçün əcdadlara hörmət ifadə etdiyini və nəsillər arasında əlaqə yaratmağa dəstək olduğunu bildiriblər. 

Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları  olan - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və türk xalqlarında məşhur “mantı” kimi tanınan Çində  buxarda bişirilən “baozi” kökələrindən  ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd etdikləri haqqında da məlumat verilib.