Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş İngiltərənin "Mançester Yunayted" klubu ilə müqaviləsini uzadıb.

"Unikal" Mançester təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadən sözləşmə imzalanıb.

Yerli mətbuat bundan sonra təcrübəli oyunçunun illik gəlirinin təqribən 14-15 milyon avro təşkil edəcəyini yazıb.

Qeyd edək ki, Brunu Fernandeş "Mançester Yunayted"də 2020-ci ildən çıxış edir.