Rusiyanın Novqorod vilayətinin Starorusski rayonundakı kənddə baş verən yanğın nəticəsində bir böyük və üç uşaq ölüb.

"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Novqorod vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İlkin məlumatlara görə, bu gecə Starorusski rayonunun Tuleblya kəndində yaşayış binasında yanğın olub.

Nəticədə üçü uşaq olmaqla 4 nəfər ölüb. Daha bir yaralı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

2011, 2012 və 2015-ci il təvəllüdlü üç uşağın ölümü ilə nəticələnən yanğın faktı üzrə rayon prokurorluğu tərəfindən araşdırmalar təşkil edilib.