Rusiyada son sutka ərzində daha 14 661 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 940 765 nəfərə çatıb.

Son sutka ərzində 391 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 370 602 nəfərə çatıb.