Rusiya aclıqdan sadə insanlara qarşı silah və hökmranlıq vasitəsi kimi istifadə edir.

"Unikal" xəbər verir ki, bunu İrlandiya parlamentində çıxışı zamanı prezident Vladimir Zelenski deyib.

"Rusiya artıq ixrac üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərlə birlikdə bütün dəniz limanlarımızı da bağlayıb. Niyə belə edirlər? Çünki onlar da aclığı öz silahı kimi görürlər, - deyə  Ukrayna lideri ifadə  edib. 

O, Ukraynanın dünya ərzaq bazarında aparıcı ölkələrdən biri olduğunu vurğulayıb.

"Bizim ixracımız olmasa, bu, Afrika və Asiyanın ondan çox ölkəsi üçün aclıq təhlükəsidir. Çünki məhsullarda fiziki qıtlıq yaranacaq və qiymətlər xeyli yüksələcək. Bu, faktdır", - deyə Zelenski bildirib. 

Gülayə  Mecid