Bu gün Fransada prezident seçkiləri keçirilir.

"Unikal" “Deutsche Welle”-yə istinadən xəbər verir ki, təxminən 49 milyon fransız səsvermə hüququna malikdir.

Sorğulara görə, prezidentlik yarışında hazırkı dövlət başçısı Emmanuel Makron və sağçı populist Milli Ralli partiyasının nümayəndəsi Marin Le Pen öndədir.

Qeyd edək ki, 2017-ci ildə də iki namizəd seçkilərin ikinci turuna keçdilər, nəticədə Le Pen Makrona uduzdu.