Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 19 100-dən çox işğalçını məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının səhər hesabatında deyilir.

Artan itkilərə cavab olaraq, Rusiya qoşunları 2012-ci ildən bəri hərbi xidmətdən tərxis olunan şəxsi heyətin sayını artırmağa çalışır. Döyüş gücünü artırmaq səylərinə Moldovanın tanınmamış Dnestryanı bölgəsindən əsgər cəlb etmək cəhdləri də daxildir.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.