Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

"Unikal"ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 600-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 732 ədəd tankı, 1 946 ədəd zirehli döyüş maşını, 349 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 63 hava hücumundan müdafiə sistemi, 157 ədəd hərbi təyyarəsi, 140 ədəd helikopteri, 1 406 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 124 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.