İtaliyada koronavirusun həm omikron, həm də delta ştamlarını birləşdirən yeni variantı aşkar edilib.

"Unikal"ın məlumatına görə, həmin variant təxminən iki ay əvvəl yoluxmuş şəxsdə müəyyən edilib.

Qeyd olunur ki, digər xəstəliklərdən də əziyyət çəkən 50 yaşlı şəxs koronavirusa yoluxduqdan sonra həyatını itirib.

İtaliyanın Emiliya-Romanya vilayətində laboratoriyaların birində aparılan araşdırma bu növün yeni variant olduğunu üzə çıxarıb. Koronavirusun yeni növünə "Xf" adı verilib.