Böyük Britaniyanın Baş naziri Boris Conson "gizli plan" hazırlayıb və Ukrayna prezidenti Volodimir Zelenskini yeni beynəlxalq alyans yaratmağa dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə "Corriere Della Sera" qəzeti yazır.

Qəzetdə bildirilib ki, London Brüsseldən qorxan və ruslara qarşı çıxan ölkələr arasında yeni siyasi, iqtisadi və hərbi sazişlər sistemini - Avropa İttifaqına alternativ təklif edir.

Conson modeli Böyük Britaniyanın rəhbərlik etdiyi birliyin yaradılmasını nəzərdə tutur. Gözlənildiyi kimi, bura təkcə Avropa ölkələri - Ukrayna, Polşa, Estoniya, Latviya və Litva deyil, Türkiyə də daxil olacaq.

Qəzetin yazdığına görə, Conson "bir aydan çoxdur ki, öz şəbəkəsini toxuyur" – o, təşəbbüsü ilk dəfə aprelin əvvəlində Kiyevdə Böyük Britaniyanın Baş nazirini qəbul edərkən Zelenskiyə təqdim edib. Kiyev hələlik bu təkliflə bağlı mövqe bildirməyib.

Məqalədə deyilir: "Londonun Baş nazirinin Kiyevə səfərindən sonra danışıqlar davam edir və Böyük Britaniyanın Ukraynaya münasibəti getdikcə daha israrlı olur".

Ağarza Elçinoğlu