Çeçenistanın rəhbəri Ramzan Kadırov I dərəcəli stomatologiyaya xidmətə görə ordeni ilə təltif edilib. 

"Unikal" xəbər verir ki, bu barədə o, "VKontakte" səhifəsində məlumat verib.

Mükafatın verilməsi Qroznının Şeyx-Mansurovski rayonunda yeni stomatoloji klinikanın açılışı zamanı baş tutub: "Tədbir zamanı Çeçenistan Respublikasının stomatoloji xidmətinin inkişafına verdiyim töhfəyə görə Rusiya Stomatoloji Assosiasiyasının I dərəcəli "Stomatologiyada xidmətlərinə görə" ordeni ilə təltif olundum".