Ermənistan və Türkiyənin xüsusi nümayəndələri iki ölkə arasında hava nəqliyyatı ilə yük daşımalarının həyata keçirilməsi barədə razılığa gəliblər.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib. 

“İndi bizim departamentlərin Türkiyənin müvafiq idarələri ilə işləməsi çox vacibdir, çünki müqavilələrin icrası həmin işdən asılıdır. Mənim vəzifəm koordinasiyalı şəkildə işləməkdir ki, əldə edilmiş razılaşmaları tez bir zamanda həyata keçirə bilək”, - deyə o çıxışında bildirib. 

Gülayə  Mecid