Moskvanın Basmannı məhkəməsi Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının (RARAN) elmi qrupunun rəhbəri, Silah, Hərbi və Xüsusi Texnikaların Yaradılmasında Yüksək Texnologiyalar Elmi Mərkəzinin (VVST) direktoru Andrey Qrudzinskini həbs edib. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qrudzinski iki böyük dələduzluqda şübhəli bilinir. O, 2022-ci il avqustun 22-dək həbs edilib.

Ağarza Elçinoğlu