Ukraynanın yeni Baş prokuroru vəzifəsinə  Andrey Kostin təyin olunub.  

"Unikal" xəbər verir ki, bu gün namizədliyi Prezident Volodimir Zelenski tərəfindən irəli sürülən Andrey Kostinin posta təyin olunması ilə bağlı səsvermə keçirilib.

299 millət vəkilinin dəstəyi ilə Andrey Kostin Ukrayna Baş prokuroru postuna seçilib.

***09:59

Ukraynanın yeni baş prokuroru deputat, Ukrayna parlamentinin hüquq siyasəti komitəsinin rəhbəri Andrey Kostin  ola bilər. 

"Unikal" xəbər verir ki, onun yeni baş prokuror təyin edilməsi ilə bağlı qərarı prezident Volodimir Zelenski Ali Radada müraciət edib. 

“Ukrayna Konstitusiyasının 106-cı maddəsinin birinci hissəsinin 11-ci bəndinə və 131-1-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, mən Ukrayna Ali Radasının Andrey Kostinin Baş prokurorun vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə vəsatət verirəm”, - təqdimatda deyilir.

Bu təqdimatı Ali Radanın plenar iclasında təqdim etmək səlahiyyəti Prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fedir Venislavskiyə verilib.

Gülayə  Mecid