BMT Baş Assambleyasının Prezidenti və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahidin Ermənistana səfəri çərçivəsində qondarma “soyqırımı abidəsini” ziyarət etməsi başa düşülmür.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
Bildirilib ki, BMT Baş Assambleyasının prezidenti kimi tərəfsiz bir vəzifəni icra edən biri diqqətli olmalı və məsuliyyətli davranmalı idi.