Rusiyada “Omikron” ştammının yeni alt növü olan  "Kentavr”a yeddi yoluxma faktı qeydə alınıb.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini Natalya Pşeniçnaya jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkədə COVİD-19-a yoluxma halları yanvar ayında olduğu kimi sürətli deyil.