Dünyada bu günədək meymunçiçəyinə yoluxanların sayı 18 min nəfəri ötüb.

"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.

O bildirib ki, yoluxma halları 78 ölkədə aşkar edilib. Yoluxmaların 70 faizi Avropada, 25 faizi isə Amerika regionunda qeydə alınıb.
ÜST rəhbərinin sözlərinə görə, bu günədək meymunçiçəyindən beş nəfər həyatını itirib.