ABŞ-ın İndiana ştatında 6 yaşlı uşaq 5 yaşlı bacısını güllələyərək öldürüb.

"Unikal" xəbər verir  ki, hadisədən sonra onların valideynləri həbs edilib.

Belə ki, 6 yaşlı oğlu şkafdan silah tapıb və onu oyuncaq zənn edib. Bundan sonra o, silahla oynayarkən 5 yaşlı bacısının başından vurub. Azyaşlı aldığı güllə yarasından həyatını itirib. 

28 yaşlı Qreyson və onun həyat yoldaşı, 27 yaşlı Kimberli Qreyson ehtiyatsız davranışlarına görə polis tərəfindən saxlanılıblar.

Onlar  barəsində  cinayət  işi açılıb. 

Gülayə  Mecid