Belarus ərazisindən Ukrayna ərazilərinə 20-dən çox raket atılıb. 

"Unikal"  Ukrayna KİV-ə  istinadən xəbər verir ki, bu barədə Ukrayna “Şimal” Əməliyyat Komandanlığı məlumat yayıb. 

Hərbçilərin məlumatına görə, iyulun 28-də saat 5:20-dən 6:30-a qədər Belarus ərazisindən 20-dən çox raketin buraxılması barədə məlumat daxil olub.

“Hazırda Çerniqov vilayətinin Qonçarivsk icmasının ərazisinə meşə massivinə düşən 9 raketin gəldiyi məlumdur. Bizim hava hücumundan müdafiə sistemimiz də işləyirdi”, -  deyə məlumatda qeyd olunub. 

Gülayə  Mecid