Dünyanın ikinci ən böyük avtomobil istehsalçısı olan “Volkswagen Group” Rusiyadakı biznesini satmaq qərarına gəlib və aktiv şəkildə alıcı axtarışına başlayıb. 

"Unikal" xəbər verir ki,  bu barədə  “Gazeta.ru” nəşri məlumat yayıb. 

Bildirilir ki, Qazaxıstanın “Asia Avto” şirkəti avtomobil istehsalçısının Rusiyadakı yeganə zavodunun potensial alıcısı kimi göstərilir. Belə  ki, Rusiyanın mərkəzi hissəsindəki Kaluqa şəhərindəki fabrikə Avstriyadan gələn nümayəndə heyəti də baş çəkib.

Məlumata görə, alman avtomobil istehsalçısı Rusiyaya qarşı beynəlxalq sanksiyalar səbəbindən logistika zəncirlərində yaranan fasilələrə görə martın əvvəlində Kaluqada istehsalı dayandırıb.

Gülayə Mecid