Filippinin keçmiş Prezidenti Fidel Valdez Ramos 94 yaşında vəfat edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident yanında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Triksi Kruz-Anceles bildirib.

Ramos 1992-1998-ci illərdə Filippinin 12-ci Prezidenti olub.

Bundan əvvəl o, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsində çalışıb.