Almaniya kansleri Olaf Şolts bildirib ki, KİV-də Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Unikal" xəbər verir ki, o, bu barədə "Globe and Mail" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə "Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən" ölkə (Almaniya - red.) Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir. 

"Biz əlimizdə olan hər şeyi çatdırdıq: tank əleyhinə və zenit sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və qeyri-öldürücü yardım. O vaxtdan bəri biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemləri...Bu sistemlərin bəziləri o qədər yenidir ki, onların çox az hissəsi istehsal olunub, bəziləri isə hətta Bundesverə təqdim edilməyib. Onu deyə bilərəm ki, Ukraynada Almaniya ordusunda olmayan silahlar var", - Şolts deyib. 

Gülayə  Mecid