İranın danışıqlar qrupunun İran xalqına qarşı təzyiqçi sanksiyaların aradan qaldırılması üzrə danışıqları davam etdirmək üçün Vyanaya yola düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü məlumat verib. 

Nasir Kənani əlavə edib: Ölkəmizə qarşı amansız sanksiyaların ləğvi siyasəti çərçivəsində İran İslam Respublikasının baş müzakirəçisi Əli Baqirinin başçılığı ilə İran İslam Respublikasının danışıqlar qrupu: bir neçə saatdan sonra Vyanaya yola düşəcək.

Kənaninin sözlərinə görə, Avropa İttifaqının koordinasiyası ilə əvvəlki kimi keçiriləcək danışıqların bu raundunda tərəflərin təqdim etdiyi ideyalar, o cümlədən İran İslam Respublikasının qarşı tərəfə təqdim etdiyi ideyalar barədə müzakirə və fikir mübadiləsi aparılacaq.  

Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının İran xalqının hüquq və mənafeyini təmin edən sabit razılaşma əldə etmək əzmini bir daha vurğulayaraq, ümidvar olduğunu bildirib ki, qarşı tərəflər lazımi qərarlar qəbul edərək vəziyyəti həll edəcəklər.