Belarusla sərhəddə hərbi istehkamların tikilməsi məsələsi Litva parlamentinin milli təhlükəsizlik və müdafiə komitəsinin müzakirə mövzusu olacaq.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin sədri Laurinas Kasçyunas məlumat verib.

Komitə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin nümayəndələrini iclasa çağırıb.

“Bizim xahişimizlə sərhəd idarəsi bölgədəki ən problemli yerlərin təhlilini hazırlayıb. Müdaxilə olarsa, düşmənin Litva ərazisinin dərinliklərinə doğru irəliləməsini ləngidə biləcək vasitələr axtaracağıq”, - siyasətçi bildirib.

Qeyd edək ki, Litva-Belarus sərhədinin uzunluğu təxminən 680 km-dir. O, həm də Avropa Birliyinin xarici sərhədidir.