Moldova Ukrayna ilə sərhəddə 50 kriminal avtoritet saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Moldova Polisinin Baş Müfəttişliyinin rəhbəri Viorel Cerneuteanu bildirib.

Onun sözlərinə görə, onların hamısı beynəlxalq axtarışdadır. Bəziləri sərhədi qanunsuz keçib.

Cerneuteanu qeyd edib ki, son vaxtlar Moldovada silah alverinin canlanması qeydə alınıb.