İranın Xuzestan əyalətində Şüştər dairəvi yolunda baş verən qəzada ölənlərin sayı 16 nəfərə çatıb.

"Unikal" İran KİV-lərində istinadən xəbər verir ki, ölənlərdən 10-u qadın, 6-sı kişidir. 

***08:56

İranın Xuzistan əyalətinin Şüştər dairəvi yolunda qoşqulu avtomobillə mikroavtobusun toqquşması nəticəsində 8 nəfər ölüb.

"Unikal" xəbər verir  ki, bu barədə Xuzistan vilayətinin Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Hadisə səhər saatlarında baş verib. Qəzada 8 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.