Çernobıl İstisna Zonası ilə bağlı ruslara məlumat verən keçmiş SBU (Ukrayna Təhlükəsizlik Xidməti - red.) generalı Andriy Naumov Rusiya Federasiyasından sığınacaq ala bilər.

"Unikal" xəbər verir ki, bu barədə "The Insider" nəşri məlumat yayıb.  

Nəşrin məlumatına görə, Rusiya Federasiyası Zelenskinin əleyhinə ifadə verməsi müqabilində Naumova sığınacaq verəcək.

"Görünür ki, Rusiya Ukrayna prezidentini məhkəməyə vermək istəyir. Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş generalı bununla bağlı “Zelenskinin əmri ilə Donbasın mülki əhalisinin soyqırımı”nı elan edəcək", - deyə KİV bildirib. 

Bildirək ki, iyunun 7-də SBU-nun Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Andriy Naumov Serbiyada bəyan edilməmiş qiymətli əşyaların qaçaqmalçılığına görə həbs edilib, onu 12 ilə qədər həbs gözləyir.

Ukraynada o, dövlətə xəyanətdə şübhəli bilinir.

Gülayə Mecid