Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, "Gücün üstünlüyü yoxsa qaydaların gücü" mövzulu 17. Bled Strateji Forumunda iştirak edib.

"Unikal" xəbər verir ki,  forumun moderatoru olan britaniyalı aparıcı Nik Qovinq ölkələri və nazirləri təqdim edərkən səhvə yol verib.  Belə ki,  o,  "Türkiyə"  əvəzinə "Turkey" ifadəsini işlədib.  

 Bu zaman Türkiyə XİN rəhbəri Qovinqin səhvini düzəldib və ondan "Türkiyə" deməsini tələb edib.