Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq gördüyü əks tədbirlər nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan tərəfindən 10 hərbçi yaralanıb. Bildirilir ki, yaralılar Martunidə (Aşağı Qaranlıq) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti  ağır olduğu vurğulanıb. 

***03:22

Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları arasında ölənlər və yaralananlar var.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

"Məlumatlar indi dəqiqləşdirilir", - o əlavə edib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ağarza Elçinoğlu