Beynəlxalq Kino Sənəti və Elmləri Akademiyası tərəfindən verilən beynəlxalq "Emmi" mükafatlarına namizədlər açıqlanıb.

"Unikal" xəbər verir ki,  mərasimə HBO film və televiziya yayım şirkəti damğa vurub. Belə ki, HBO və HBO Max şirkətləri ümumilikdə 38 mükafat qazanıblar.

 

HBO istehsalı olan "The White Lotus" ən yaxşı ssenari başda olmaqla, ümumən 10 mükafat qazanıb. Gecənin digər ən çox mükafat qazananı "Euphoria" olub. O, 6 mükafatın sahibi olub.

Dünyanın ən məşhur digər yayım platforması olan Netflix isə ümumilikdə 26 mükafat əldə edib.Şirkətin istehsal etdiyi və kifayət qədər səs-küyə səbəb olan "Squid Game" 6, "Stranger Things" 5, "Arcane" isə 4 mükafata sahib olub.  "Ozark" serilanın populyar siması Julia Garner ən yaxşı köməkçi aktrisa nominasiyasında qalib olub.

Applle + yayım şirkətinin istehsalı olan "Tes Lasso" isə ikinci dəfə ən yaxşı komediya serialı üzrə müvəffəqiyyət qazanıb.