Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddəki hərbi toqquşmalarda itki verib. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 13-də parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, sentyabrın 13-də Azərbaycanla Ermənistan sərhədində baş verən atışma nəticəsində erməni tərəfdən ölənlər və yaralananlar var.