İsrail ilə Türkiyə arasında diplomatik münasibətlərin normallaşması prosesində yeni addım atılıb. 

"Unikal" xəbər verir ki, İsrail münasibətlərin normallaşmasından bir ay sonra Türkiyəyə səfir təyinatını təsdiqləyib.

Belə ki, İsrail Xarici İşlər Nazirliyi İrit Lilianın Türkiyəyə səfir təyin edildiyini açıqlayıb.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması zamanı və ondan əvvəl Lilian İsrailin Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili olub.

Ağarza Elçinoğlu