Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı Kraliça II Yelizavetanın rəsmi dəfn mərasimi Vestminster Abbey kilsəsində keçirilib. 96 yaşında dünyasını dəyişən kraliçanın dəfn mərasiminə bir çox dünya liderləri qatılıb. Kraliçanın cənazəsi London küçələrində nümayiş etdirilib.

"Unikal" xəbər verir ki, paytaxt Londondakı Vestminster Abbey Kilsəsində saat 13.00-da başlayan dəfn mərasimində Kraliçanın övladları, İngiltərə kralı III Çarlz, şahzadə Anne, şahzadə Endryu, şahzadə Edvard, həmçinin Kraliça Kamilla, Uels şahzadəsi Uilyam və həyat yoldaşı Uels şahzadəsi Keyt,Şahzadə Harri, Sasseks hersoqu, həyat yoldaşı hersoginya Meqan Markl və kral ailəsinin digər üzvləri iştirak ediblər.

Təxminən 2000 qonağın iştirak etdiyi dəfn mərasimində ABŞ prezidenti Co Bayden və xanımı Cil Bayden, Fransa prezidenti Emmanuel Makron, Avstraliyanın baş naziri Antoni Albanese, Kanadanın baş naziri Castin Trüdo, Polşanın baş naziri Mateus Morawiecki, İtaliya prezidenti Sercio Mattarella, İrlandiya Prezidenti Maykl Hiqqins, Ukrayna Dövləti Başda Prezident Vladimir Zelenskinin həyat yoldaşı Olena Zelenska olmaqla 500-ə yaxın dünya lideri və yüksək vəzifəli şəxsləri iştirak edib.

Dəfn mərasimində Türkiyəni təmsil edən xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edib. Kraliça II Yelizavetanın mərhum əri Şahzadə Filiplə evləndiyi Vestminster Abbey Kilsəsindəki mərasimdən sonra ölkə daxilində 2 dəqiqəlik sükut elan edilib.

Mərasim Kraliçaya bağlı gayda çalan musiqiçinin mərsiyəsi ilə başa çatıb. Mərasimdən sonra daşıyıcı batalyon Kraliça II Elizabetin tabutunu Vestminster kilsəsindən götürərək Böyük Qərb Qapısından keçirib. Tabut dövlət top arabası ilə Vellinqton tağına aparılıb.

Kraliça II Yelizavetanın tabutu London küçələrində mərasimlə yürüş keçirib.

İngiltərənin müxtəlif yerlərindən paytaxt Londona gələn on minlərlə insan gecə saatlarında başlayan paradı izləmək üçün küçələrə düzülüb.

Londonun mərkəzindəki Big Ben saat qülləsinin zəngləri çalarkən, Hayd Parkda Kral Atlı Artilleriyasından artilleriya atəşi eşidilib.

Kraliça bu axşam ailəsinin iştirak etdiyi özəl mərasimdə dəfn ediləcək.

Ənənəvi olaraq şahlar və kraliçalar üçün xüsusi hazırlanmış bu mərasimlərdə çox sərt protokol qaydaları və hərbi paradlar tətbiq olunur.Yüz minlərlə insan kraliçaya ehtiram göstərmək üçün vaxtaşırı 12 kilometrə qədər növbəyə düzülüb. Kraliçanın dəfn mərasimi ilə əlaqədar olaraq London tarixində ən geniş təhlükəsizlik tədbirlərini görüb.

Dəfn mərasimi üçün 10 mindən çox polis əməkdaşı ayrılıb. Əməliyyat üçün axtarış itləri, təhlükəsizlik kameraları, atlar və helikopterlər də hazırlanıb.