Taliban Əfqanıstana benzin, dizel yanacağı, qaz və buğda tədarükü ilə bağlı Rusiya ilə ilkin müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Əfqanıstanın ticarət və sənaye naziri Hacı Nuruddin Əzizi nazirliyin ticarət tərəfdaşlarının diversifikasiyası üzərində işlədiyini və Rusiyanın Taliban administrasiyasına orta dünya əmtəə qiymətləri səviyyəsində endirim təklif etdiyini bildirib.

Müqavilə Rusiya tərəfindən hər il təxminən bir milyon ton benzin, bir milyon ton dizel yanacağı, 500 min ton mayeləşdirilmiş neft qazı (LPG) və iki milyon ton buğda tədarükünü nəzərdə tutur.

Qeyd edək ki, 2021-ci il avqustun 15-də Taliban Əfqanıstanın bütün ərazisinə nəzarəti bərqərar etdiyini elan edib.

Gülayə  Mecid