Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik Rusiya prezidenti Vladimir Putin üçün LXR-nin Rusiyaya daxil olması ilə bağlı sənədin hazır olduğunu bildirib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Telegram" kanalında məlumat yayıb. 

“Bir milyon yarımdan çox insan öz vətəndaş mövqeyini ifadə etdi, çoxuşaqlı və mehriban ailənin yanına qayıtmaq, vətənə qayıtmaq qərarına gəldi”, - deyə rayon rəhbəri qeyd edib.

Sentyabrın 27-də LXR, DXR, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olması ilə bağlı referendumun başa çatıb. Referendum baş tutmuş elan edilib. Səsvermədə xarici müşahidəçilər, xüsusən də İtaliyadan olan müşahidəçilər seçki prosesinin şəffaflığını qeyd ediblər.

Fevralın 21-də Rusiya prezidenti Vladimir Putin DXR və LPR-nin tanınması, Rusiya ilə respublikalar arasında dostluq və əməkdaşlıq haqqında fərman imzalayıb.

Gülayə Mecid