İstanbulun Kadıköydə səbəbi bilinməyən partlayış baş verib.

"Unikal" xəbər verir ki, partlayışdan sonra başlayan yanğında 3 nəfərin həyatını itirib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İstanbul valisi Əli Yerlikaya hadisədə 3 nəfərin həyatını itirdiyini açıqlayıb.

20:55

İstanbulun Kadıköydə səbəbi bilinməyən partlayış baş verib.

"Unikal" xəbər verir ki, İstanbulun Fikirtəpə qəsəbəsindəki binada naməlum səbəbdən partlayış baş verib. Partlayış böyük olduğuna görə bütün Kadıköydə eşidilib.Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu yanğınsöndürən, polis və sağlamlıq qrupları göndərilib.Yanğından sonra yüksələn alov bir-birinə bitişik iki binaya keçib.

İlkin  qiymətləndirməyə görə, yanğına təbii qaz sızması səbəb olub.Yanğında 1 nəfər xəsarət alıb.