"Rusiya və İran neft-qaz sektorunda 40 milyard dollardan çox sövdələşmə imzalayıblar".

"Unikal" xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci jurnalistlərə bildirib.

“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, o cümlədən qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollarlıq saziş imzalamışıq”. 

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya və İran neft və qazın mübadilə tədarükü ilə bağlı məsələləri işləməkdə davam edir. Bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib .

Oktyabrın 6-da RİA Novosti İranın neft nazirinin müavini Əhməd Əsədzadəyə istinadən xəbər verib ki, İran neft-qaz sektorunda Rusiya ilə bir sıra sazişlər bağlamağa hazırlaşır. Razılaşmalar növbəti altı ay ərzində əldə edilə bilər. Onun sözlərinə görə, enerji bazarındakı vəziyyət sayəsində Moskva və Tehran qaz, neft və neft-kimya sektorlarında birgə layihələr həyata keçirməklə daha da birləşə bilərlər.