Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çilas şəhərində baş verib.

Belə ki, hadisəyə səbəb kərpic damın bərbad vəziyyətdə olması olub.

Binanın damının çökməsi nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib. İki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.