Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində 422 uşaq həlak olub, 804 uşaq yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

"Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1226-dan çox uşaq xəsarət alıb. 422 uşaq ölüb, 804-dən çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.

Gülayə  Mecid