Kamçatkada Bolşiye Banni bulaqları ərazisində üç turist yoxa çıxıb.  

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin məlumatında deyilir. 

Fövqəladə hallar xidmətinə xəbər oktyabrın 10-dan bazar ertəsinə keçən gecə səyahətçilərdən birinin qohumundan daxil olub. Bildirilib ki, yolsuzluq avtomobilləri ilə səyahətə çıxan bir qrup rusiyalı turist uzun müddət əlaqə saxlamayıb: "Kamçatkada kvadrosikllərdə ixtisaslaşmış yanğınsöndürmə və xilasetmə bölməsinin əməkdaşları üç vətəndaşı axtarmaq və mümkün yardım göstərmək üçün yola düşüblər", - məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, itkin düşənlərin axtarışı ərazinin uzaqlığı və pis hava şəraiti səbəbindən çətinləşir. Rayon ərazisinə yağan intensiv yağıntılar səbəbindən işləri xilasedicilər təyyarələrlə həyata keçirirlər. 

Ağarza Elçinoğlu