Səhər saatlarında ruslar Ukrayna ərazisinə 75 raket atıb, onlardan 41-i Ukraynanın hava hücumundan müdafiə sistemlərini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

"Terrorçu ölkə olan Rusiya Federasiyası hücum PUA-larından istifadə edərək Ukrayna ərazisinə kütləvi raket və hava zərbələri endirir. Səhər saatlarında təcavüzkar 75 raket atıb. Onlardan 41-i zenit müdafiəmiz tərəfindən zərərsizləşdirilib", - deyə o bildirib.

Gülayə Mecid